Onlayn ictimai-siyasi qəzet
Gələn il ABŞ-ın seçilən prezidenti Donald Trampın komandasında yer alacaq Vivek Ramasvami hökumət xərclərinin azaldılması ilə bağlı yeni proqrama uyğun olaraq FTB-ni bağlamaq və 1,5 milyon əməkdaşı işdən çıxarmaq niyyətindədir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Vivek Ramasvami indi "DOGE-Hökumət Effektivliyi Departamenti" kimi tanınan tamamilə yeni bir departamentdə İlon Mask ilə birlikdə dövlət xərclərini azaltmağa cavabdehdir. Ramasvami indi yeni nazirliyin prioritetlərini təyin etmək səlahiyyətinə sahib olacaq. Bundan başqa o, çoxmilyardlıq federal büdcə xərcləri ilə bağlı Ağ Evə tövsiyələr verəcək.
Bundan əlavə, Ramasvami “Fox News” kanalına müsahibəsində bir sıra nazirliklərin tamamilə bağlanmasını, hökumət daxilində bəzi departamentlərin ixtisarını və yenidən qurulmasını gözlədiklərini söyləyib. O hətta Musk ilə dövlət xərclərinin optimallaşdırılması üzrə işi üçün son tarix təyin edib. Ramasvamiyə görə bütün bu işlər 2026-cı il iyulun 4-dək onların işləri başa çatmalıdır. Yeni nazirin fikrincə, Trampın qoyduğu tapşırığın öhdəsindən gəlmək sürəti çoxlarını təəccübləndirəcək.
Qeyd edək ki, Tramp daha əvvəl Təhsil Departamentini ləğv etmək istədiyini deyib.
Musavat.com
18 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ