İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ƏMR VERDİ - Terrorçuların gizləndiyi mağaralar BOMBALANDI

ABŞ Hərbi Hava Qüvvələrinin Somalinin şimalında İŞİD terror təşkilatının mövqelərinə endirdiyi hava zərbəsi nəticəsində azı 48 silahlı məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Somalinin "Garowe" portalı Puntlend ştatının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, məhv edilənlər arasında 5 səhra komandiri və 12 əcnəbi döyüşçü də var.

ABŞ prezidenti Donald Tramp fevralın 1-də "Truth Social" sosial şəbəkəsində bildirib ki, o, İŞİD liderlərindən birinin və digər terrorçuların ehtimal edilən məkanına dəqiq hava zərbəsi endirilməsi üçün hərbçilərə əmr verib.

Zərbələr ekstremistlərin gizləndiyi mağaralara endirilib.

ABŞ-ın müdafiə naziri Pit Heqset bəyan edib ki, bu əməliyyat nəticəsində İŞİD döyüşçüləri ciddi itkilər verib. "ABC News" telekanalı isə hava hücumlarının "USS Harry S. Truman" aviadaşıyıcısından havaya qalxan təyyarələr tərəfindən həyata keçirildiyini bildirib.

Somali hakimiyyəti əməliyyat barədə əvvəlcədən məlumatlandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR