İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp da qohumbaz çıxdı: Qudasını səfir təyin edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerikanın Fransadakı səfiri vəzifəsinə kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşnerin namizədliyini irəli sürüb.

Musavat.сom xəbər verir ki, "Mən Çarlz Kuşnerin ABŞ-ın Fransadakı səfiri vəzifəsinə namizədliyini irəli sürməkdən məmnunam. O, ölkəmizi və onun maraqlarını etibarlı şəkildə təmsil edəcək nəhəng biznes lideri, xeyriyyəçi və sövdələşmələr aparan şəxsdir. Oğlu Cared Ağ Evdə mənimlə işləyirdi", - Tramp X səhifəsində yazıb.

Cared Kuşner Trampın qızı İvankanın əridir. O, əvvəllər Trampın baş məsləhətçisi olub və İsrail ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş də daxil olmaqla bir sıra ərəb dövlətləri arasında diplomatik əlaqələr quran "İbrahim Sazişləri" üzrə danışıqlarda əsas rol oynayıb.

Qeyd edək ki, Çarlz Kuşner daşınmaz əmlakın inkişafı şirkəti "Kushner Companies"in təsisçisi və sədridir. O, 2005-ci ildə saxta vergi bəyannaməsi verməkdə təqsirli bilinərək iki il həbs cəzasına məhkum edilib və 2020-ci ildə Tramp tərəfindən əfv edilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR