İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Baydenin zehni ilə bağlı zarafata ehtiyac yoxdur”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları ilə görüşündə bildirib ki, hazırkı dövlət başçısı Co Baydenin əqli qabiliyyətləri ilə bağlı zarafat etməyə ehtiyac yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

“Koqnitiv olaraq o, çox yaxşı işləmir. Amma çox gülməli deyil, bu haqda zarafat etməməliyik. Bu ciddidir, bizim əlimizdə nüvə silahı var. Bu, heç də gülməli deyil”, - deyə Tramp bildirib.

Bu gün əvvəl xəbər verildiyi kimi, Bayden onu ikinci prezidentlik müddətinə namizəd olmağa Trampın sövq etməsi ilə bağlı iddiasını geri götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR