İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Bayden ABŞ üçün təhlükə yaradır"

Hazırkı Amerika lideri Co Bayden iki cümlə belə ardıcıl tələffüz edə bilmir və nə etdiyini başa düşmədiyi üçün ölkə üçün təhlükə yaradır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri cümə günü Cənubi Dakota ştatında çıxış edən ABŞ-ın əvvəlki lideri Donald Tramp deyib.

“O, ölkəmizin tarixində ən pis prezidentdir. O, ölkəmiz tarixində ən korrupsiyalaşmış prezidentdir. Və digər dövlətlərin liderlərinin dediyi kimi, mənim dediyim kimi, o, tamamilə səriştəsizdir”, - respublikaçı vurğulayıb.

"O, çox təhlükəlidir, çünki nə etdiyini bilmir", -Tramp Baydenə istinad edərək deyib:  "Biz başqaları ilə nüvə silahı ilə oynayırıq və onun nə baş verdiyi barədə heç bir fikri yoxdur”. 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR