Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika iqtisadiyyatını dəyərsiz və ölkəni dünyanın qalan hissəsi üçün zibilxana adlandırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, D.Tramp çərşənbə axşamı Action News-a müsahibəsində Co Baydeni nəzərdə tutaraq deyib: “O, tariximizin ən pis prezidentidir”. Daha sonra əlavə edib: “Ölkəmizin başına gələnlər dəhşətlidir. Bizə dünyada hörmət edilmir, bərbad iqtisadiyyatımız var”.
Baydenin miqrasiya siyasətlərindən danışan Tramp deyib ki, ABŞ “dünyanın qalan hissəsi üçün zibilxanaya” çevrilib. “Ölkəmizə qeyri-qanuni gələnlərin çoxu həbsxanalardan və psixiatriya xəstəxanalarından çıxanlardır”, - eks-prezident deyib.
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ