İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduronun sayılı günləri qalıb – ABŞ prezidenti

Nikolas Maduronun Venesuela prezidenti kimi sayılı günləri qalıb.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS News-a verdiyi müsahibədə deyib. O, aparıcının Maduronun Venesuela rəhbəri kimi günlərinin sayılı olub-olmadığı ilə bağlı sualına cavab olaraq deyib: "Mən deyərdim ki, bəli, mən də belə düşünürəm".

Tramp Venesuelaya zərbə endirmək planlarını təkzib, yaxud təsdiq etmədən, ABŞ-ın bu ölkə ilə müharibəyə hazırlaşmadığını bildirib.

“Cerald Ford” təyyarədaşıyan gəmisinin Karib dənizinə yerləşdirilməsi fonunda ABŞ-ın Venesuela ilə müharibəyə hazırlaşması barədə suala prezident belə cavab verib: "Şübhə edirəm. Düşünmürəm".

Lakin jurnalist Venesuela ərazisinə mümkün zərbələr barədə xəbərlərin doğruluğu barədə soruşduqda, Tramp sualdan yayınıb: "Bunu sizə deməyəcəyəm. Bunun doğru olub-olmadığını demirəm. Zərbə vurub-vurmayacağımı müxbirlə müzakirə etmirəm." 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR