Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi “Al Arabiya English” telekanalına müsahibəsində bildirib ki, prezident Donald Trampın Fələstin dövlətinin yaradılmasını əsas prioritet məsələlərdən biri kimi səsləndirdiyini eşitməyib.
Musavat.com xəbər verir ki, diplomat bu mövzunun hazırkı administrasiya üçün ön sırada olmadığını vurğulayıb.
Hakabi həmçinin Fələstin administrasiyasını və Avropa hökumətlərini sülh cəhdlərini tamamilə pozan addımlara görə tənqid edib.
Avropa liderlərinə sərt mesaj göndərən ABŞ səfiri onları öz siyasətlərini yenidən nəzərdən keçirməyə və təzyiqi İsrailə deyil, terrorçu qruplaşmalara yönəltməyə çağırıb.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ