İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ tarixinin ən böyük hərbi büdcəsini təsdiqləyib - 1 trilyon...

ABŞ rekord səviyyəli müdafiə büdcəsini qəbul etməyə hazırlaşır - tarixdə ilk dəfə olaraq onun məbləği 1 trilyon dollara çata bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset X sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, prezident Donald Tramp Amerika silahlı qüvvələrinin gücləndirilməsi üçün fəal işləyir.
Onun sözlərinə görə, departament vergi ödəyicilərinin pullarını ordunun döyüş qabiliyyətini və effektivliyini artırmaq məqsədi ilə xərcləməyi planlaşdırır.

Bu bəyanat Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra verilib və həmin görüşdə Amerika lideri ölkənin müdafiə büdcəsinin faktiki olaraq təsdiqləndiyini və trilyon dollar diapazonu daxilində olacağını bəyan edib. Bununla belə, o, söhbətin yalnız Pentaqonun maliyyələşdirilməsindən, yoxsa digər dövlət qurumları da daxil olmaqla ümumi müdafiə xərclərindən getdiyini dəqiqləşdirməyib.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ABŞ-ın müdafiə büdcəsi 886,3 milyard dollar təşkil edirdi ki, bu da o dövrdə tarixi maksimum idi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR