Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi immiqrasiya məhdudiyyətləri Amerika iqtisadiyyatının və işçi qüvvəsinin artım tempinə mənfi təsir göstərəcək.
Musavat.com xəbər verir ki, ABŞ-ın Goldman Sachs Group Inc. analitiklər qrupu bu fikirdədir.
Analitiklərə görə, 2024-cü ildə 2,8 milyon nəfər olan ABŞ-a xalis immiqrasiya bu ildən 750 min nəfərə qədər azalacaq. Bu, cari ildə ABŞ iqtisadiyyatının artım tempini 0,3-0,4 faiz bəndi aşağı salacaq.
Goldman ekspertləri hesab edirlər ki, miqrantların tərkibi də dəyişəcək. Kütləvi deportasiyalar fonunda qeyri-qanuni miqrantların xalis axınının sıfıra enəcəyi gözlənilir.
Qeyd edək ki, Tramp artıq seçki kampaniyası zamanı vəd etdiyi daha sərt immiqrasiya rejimini həyata keçirməyə başlayıb,qanunsuz miqrantlar kütləvi şəkildə öz ölkələrinə, məsələn, Kolumbiya və Hindistana göndərilir.
Rejimin sərtləşdirilməsi qeyri-qanuni mühacirlərin “işə getməkdən və ya işəgötürənlərin onları işə götürməkdən qorxmasına gətirib çıxararsa, ABŞ iqtisadiyyatı üçün nəticələr daha ciddi olacaq”, analitiklər xəbərdarlıq edir.
Bankın məlumatına görə, sənədsiz immiqrantlar ABŞ işçi qüvvəsinin təxminən 5 faizini təşkil edir. Bəzi sektorlarda, o cümlədən abadlıq və tikintidə bu pay 20 faizə çatır: "Bu işçilərin qəfil itirilməsi bu sənayelərin bir çoxu üçün ciddi nəticələrə səbəb ola və inflyasiya üçün daha ciddi nəticələrə gətirib çıxara bilər".
Son beş il ərzində 5 milyondan çox əcnəbi işçi ABŞ işçi qüvvəsinə qoşulub. Goldman analitiklərinə görə, indiyədək immiqrasiya ABŞ-ın əmək bazarında sürətli artıma və daha yüksək maaşlara təkan verib, lakin bu təsir gələcəkdə azalacaq.
Musavat.com
11 Fevral 2025
10 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ