İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ hərbçilərinə Yaxın Şərqə zərbə endirməyə icazə verdi – Ağ Evə müraciət etməyə ehtiyac yoxdur

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki hərbi komandirlərə Ağ Evdən icazə almadan zərbə endirməyə icazə verib.

Musavat.com xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, bu qərar, Prezident Cozef Bayden dövründə tətbiq olunan məhdudiyyətlərin zəiflədilməsi ilə əlaqəlidir.

Yeni siyasətə əsasən, Yaxın Şərq və Afrika bölgələrindəki ABŞ hərbçilər müxalifət qruplarının mövqelərinə qarşı hücumları özləri həyata keçirə bilərlər.

Nəşrə bir anonim vəzifəli şəxs son həftələrdə Somalidə "Əş-Şəbab" terrorçularına qarşı və Suriyada "İslam Dövləti" liderlərinə qarşı edilən zərbələrin yeni siyasətin nəticəsi olduğunu bildirib. O əlavə edib ki, bu bölgələrdə daha çox zərbə gözlənilir, çünki hərbi komandirlər yeni fürsətlər aşkar ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR