Onlayn ictimai-siyasi qəzet
Prezident Donald Trampın administrasiyası ABŞ-dan təxminən 1 milyon qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.
Bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat verib.
Qəzet bildirir ki, bu planlarla yaxından tanış olan dörd hazırkı və keçmiş federal məmurun sözlərinə görə, şəxsi müzakirələrdə daima bir mühüm rəqəm vurğulanır: bu, 1 milyondur.
Qəzetin məlumatına görə, bu rəqəm, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə tətbiq olunan 400 min deportasiya rekordunu xeyli üstələyir.**APA
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ