Onlayn ictimai-siyasi qəzet
Cəmiyyətimizdə zaman-zaman rast gəldiyimiz bəzi inanclar və adətlər var ki, onların mənşəyi, məntiqi və əsaslılığı ciddi suallar doğurur. Xüsusilə toy, nişan, şənlik kimi sosial mərasimlərdə bəzi insanlar, xüsusilə ailəsində sonsuzluq problemi olan və ya uzun müddət övladı olmayan qadınlara qarşı ayrı-seçkilik nümayiş etdirirlər. Belə qadınlar bəzən məclislərə dəvət edilmir, gəlinə yaxın buraxılmır, hətta bəzi hallarda onlara "uğursuzluq gətirə bilər" düşüncəsi ilə qız uşaqları belə yaxınlaşdırılmır. Bu cür davranışlar təkcə insani dəyərlərə deyil, həm də elmi düşüncəyə ziddir.
Psixoloq Samirə Bağırova Yenisabah.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
“Bu çox vacib və həssas bir sosial mövzudur. Belə düşüncələr və münasibətlər köhnə, yanlış inanc və stereotiplərə söykənir. Bu, nə dini, nə elmi, nə də insani baxımdan əsaslandırıla biləcək bir yanaşmadır. Sonsuzluq insan iradəsindən çox zaman asılı deyil və bu məsələdə kimsəni ‘uğursuz’ və ya ‘təhlükə’ kimi görmək, sonsuz insanları təcrid etmək böyük bir haqsızlıq və mədəniyyətsizlikdir”.
Psixoloq belə düşüncələri cahillik olaraq qiymətləndirir:
“Bu, cahilliyin, qorxunun və anlayışsızlığın göstəricisidir. Kiminsə taleyini öz xoşbəxtliyinizə təhlükə saymaq – bu, sadəcə mənəviyyat yoxsulluğudur. Bu yanaşmanın dəyişməsi üçün, cəmiyyət mənəviyyat baxımınsan inkişaf etməlidir”.
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ