Onlayn ictimai-siyasi qəzet
Tovuz şəhərində ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.
Məlumata görə, polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.
Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Tovuzda ölümlə nəticələnən mübahisənin təfərrüatları məlum olub.
Məlumata görə, fiziki qüsürlü şəxs ailə münaqişəsi zamanı anasını və bacısını batlalayıb.
Nəticədə ana ölüb, bacısı isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəni törədən fiziki qüsürlü şəxs polis şöbəsinə aparılıb.
***
Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
Məlumata görə, ölən və xəsarət alan şəxslər qadın olub.
Onlara balta ilə xəsarət yetirilib.
Yanğın söndürülüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Tovuz şəhərində yanğın hadisəsi baş verib.
Hadisə rayon ərazində qeydə alınıb.
Belə ki, rayon mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər gedir.
İlkin məlumata görə, ev mübahisə zamanı ailə üzvlərindən biri tərəfindən yandırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
(APA)
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ