Onlayn ictimai-siyasi qəzet
Ermənistanın İnzibati Məhkəməsi parlamentin İnsan hüquqlarının müdafiəsi komissiyasının keçmiş sədri, müxalifətçi deputat Taqui Tovmasyanın əvvəlki postuna bərpası tələbini rədd edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, məhkəmə deputatın iddiasının əmək münasibətləri ilə bağlı mübahisələrə aid olmadığı üçün baxıla bilməyəcəyi qənaətinə gəlib.
Xatırladaq ki, bu ilin iyul ayında Ermənistan parlamentinin deputatları növbədənkənar iclasda müxalifətçi deputat Taqui Tovmasyanın İnsan hüquqlarının müdafiəsi komissiyasının rəhbəri kimi səlahiyyətlərinə xitam verilməsinə səs veriblər. Bununla müxalifət parlamentdəki son mövqeyini də itirib.
Qeyd edək ki, Ermənistan parlamenti iki müxalif deputat - İşxan Saqatelyan və Vahe Akopyanı tutduqları vəzifələrdən məhrum edib. Bundan sonra 2022-ci ilin iyulunda müxalifətin 4 deputatı komissiyaların sədrləri və sədr müavinləri vəzifələrindən istefa veriblər.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ