İnsanlara hürriyət, millətlərə istiqlal!

“Torpaq satan” mer Ukraynada belə görüntüləndi

Rusiyanın Primorsk diyarının Bolşoy Kamen şəhərinin torpaq satmaqda, dələduzluqda şübhəli bilinən və buna görə federal axtarışa verilən rəhbəri Rüstəm Abuşayev Ukrayna cəbhəsində görünüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, əlində snayper tüfəngi ilə poza verib.

Bolşoy Kamen administrasiyasının mətbuat xidməti Abuşayevin istefa vermədiyini, hazırda məzuniyyətdə olduğunu bildirib. Rusiya İstintaq Komitəsinin Primorsk diyarı üzrə bölməsi isə onun hələ də axtarışda olduğunu qeyd edib.

Qeyd edək ki, Rüstəm Abuşayev haqqında martın sonunda Vladivostok ətrafında torpaq sahələriylə dələduzluq və qanunsuz sahibkarlıq ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb.

Prokurorluğun məlumatına görə, 2019-cu ilin iyun ayından 2020-ci ilin iyul ayına kimi Abuşayev və iş üzrə digər iki təqsirləndirilən şəxs əlil bir vətəndaşı və əmək veteranını De-Friz yarımadasında və Klyuçevoy kəndində qondarma mülkiyyətlə təmin ediblər. Bununla onlar 3 hektardan çox torpağı üçüncü şəxsin adına rəsmiləşdiriblər. Həmin torpaq daha sonra 22 sahəyə bölünüb və cinayət işi üzrə təqsirləndirilən şəxslər onu “öz mülahizələri ilə bölüblər”.

Musavat.com

WhatsApp Image 2023-04-17 at 13.57.38.jpeg (15 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR