İnsanlara hürriyət, millətlərə istiqlal!

Toppuş bacının əri: "Qızımız deyir ki..." - FOTO

"Bu gün sənin işlətdiyin telefona saatlarla baxmışam, sonra öz telefonuma zəng elədim. Ərəb dilində eşqim yazmışdım, altı aydır ki, o nömrədən mənə zəng gəlmirdi və çox qəribə oldum, axı özüm zəng eləmişəm, yenə də bəlkə deyə düşündüm".

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.    

Aktrisanın əri bildirib ki, özünün və qızları Zəhranın tanınmadığını istəsə də, övladının anasının yolunu davam etməsi onun bu istəklərinin üstündən xətt çəkməsi ilə nəticələnib:

"Öz "Instagram" səhifəmi və orada bütün şəkillərimi sildim ki, insanlar məni tanımasın, sıradan həyat yaşayaq. Lakin küçədə hər kəs yaxınlaşır gözəl sözlər deyir. Qızımız Zəhraya xüsusən gözəl sözlər deyirlər, sanki öz ailələrinin üzvü imiş kimi davranırlar. Zəhramı da istəmirdim tanısınlar. Lakin zaman elə dövr etdi ki, qızım gözəl anasının yolunu seçdi və anladım ki, bu, bizim taleyimizdir".

Röyal qızının anasızlıqdan şikayət etdiyini də etiraf edib:

"Güclü insanam, sən düz deyirdin, afərin sənə gözəl yarım. Zəhram bəzən deyəndəki "Röyal, anasız qaldım mən" bax o an yaşayan bir ölü olduğumu bir daha anlayıram və ona daim deyirəm ki, gözəlim, sən anasız deyilsən, sənin mömin əxlaqlı anan var, mənim də həyat yoldaşım var.

O, sadəcə bir müddətlik dünyasını dəyişib və əvvəlcə Rəbbim sonra isə qovuşacağımız günü səbirsizliklə gözləyirik. Mənim nur üzlü yarım".

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR