İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev İlham Əliyevə təşəkkür edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinizə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib.

“Bu il oktyabrın ortalarında bizim paytaxtımızda Zirvə görüşü təşkil olunacaq və biz, əlbəttə ki, bu çox mühüm forumda Sizin şəxsən iştirakınızı səbirsizliklə gözləyirik. Sizin bu forumda iştirakınız istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olacaq”, - dövlət başçısı bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR