İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Musayevin rəqibi: “Azərbaycanlı döyüşçülərə rəğbət bəsləyirəm”

“Azərbaycanlı döyüşçülərin Yaponiyaya gedərkən üzləşdikləri çətinlikləri indi başa düşürəm. Buna görə də onlara rəğbət bəsləyirəm”.

“Report”un məlumatına görə, bunu Yaponiyanın MMA idmançısı Toji Takeda “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

O, azərbaycanlı Tofiq Musayevlə keçirəcəyi görüşə hazır olduğunu bildirib:

“İki gün sonra döyüş olacaq. Hər cəhətdən görüşə hazıram. Rəqibim peşəkar döyüşçüdür. Şansları və potensialı böyükdür. Ancaq mənim də şanslarım var. Necə nəticələnəcəyini isə döyüş göstərəcək. Yapon fanatların istədiyi formada görüş olacaq. Tofiq Musayev qollarından çox istifadə edir, sürətli zərbələr vurur. Bu cəhətdən ona uduzmamağa çalışacağam. O, ən yüksək səviyyələrdə çıxış edir. Əlbəttə ki, mənim üçün böyük problemlər olacaq. Ancaq mənim də güclü tərəflərim var”.

Yaponiya təmsilçisi bir müddət idmandan uzaq düşdüyünü söyləyib:

“Sadəcə, istirahət etmək istəyirdim. Mənim üçün qalib gəlmək çox vacib deyil. Əsas odur ki, bu yarışdan həzz alıram. İyundan etibarən də yenidən məşqlərə başlamışam. Hazırkı məqsədim Tofiq Musayev üzərində qələbə qazanmaqdır. Ondan sonra UFC-də döyüşmək istəyirəm. Bu döyüş UFC-yə keçid yolunda önəmlidir”.

İdmançı ilk dəfə ölkəsindən kənarda döyüşəcəyini vurğulayıb:

“Həmişə öz ölkəmdə döyüşmüşəm. Bu dəfə Azərbaycanda çıxış edəcəyəm. Əlbəttə ki, çətindir. Saat fərqi, yol yorğunluğu var. Azərbaycanlı döyüşçülər həmişə Yaponiyada olublar, bir dəfə də mən Azərbaycanda döyüşüm”.

Qeyd edək ki, Toji Takeda ilə Tofiq Musayev arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR