İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiranada protokol sındı: Edi Rama Meloninin qarşısında diz çökdü - VİDEO

Albaniyanın paytaxtı Tiranada keçirilən 6-cı Avropa Siyasi Birliyi Sammitində maraqlı və simvolik bir hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, ev sahibi – Albaniyanın Baş naziri Edi Rama sammitə qatılan İtaliya Baş naziri Corcia Melonini qeyri-adi şəkildə qarşılayıb.

O, protokol qaydalarının fövqündə olaraq, Meloninin qarşısında zarafatla diz çöküb və onu səmimi şəkildə salamlayıb.

Bu anların görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. Edi Ramanın bu jesti sammitin qeyri-rəsmi və dostane atmosferini əks etdirən unikal bir nümunə kimi qiymətləndirilir.

Meloni isə bu anı təbəssümlə qarşılayaraq zarafatla bildirib: “Edi bunu sadəcə mənim boyumda görünmək üçün edir”.

Analitiklərə görə, bu jest İtaliya ilə Albaniya arasında artan siyasi və iqtisadi əlaqələrin rəmzi kimi də dəyərləndirilə bilər.

Qeyd edək ki, son aylarda iki ölkə arasında əməkdaşlıq xüsusilə miqrasiya və enerji sahəsində intensivləşib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR