 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            «Şamaxı» gənc oyunçuların «ov»unu sürətləndirib.
Yerli bazanı onların hesabına gücləndirmək istəyən «şirlər» bu dəfə «Qarabağ»a üz tutub.
Növbəti mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq «şirlər» birdən-birə 3 nəfəri sıralarına qatmaq fikrinə düşüb.
Əyalət təmsilçisi Amin Rzayev, Hikmət Cəbrayılzadə və Davud Məsimov icarəyə götürmək niyyəti ilə «köhlən atlar»ın qapısını döyüb.
«Şamaxı» ötən günlərdə 3 belə əməliyyat keçirib.
Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail") və Həbib İsmayılov ("Neftçi") onlara qoşulub. (sportinfo.az)
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ