Onlayn ictimai-siyasi qəzet
İndoneziyada çayda 54 yaşlı qadın timsahın hücumuna məruz qalıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, öldürülən timsahın içərisində parçalanmış qadının qalıqları tapılıb. Ölkədə 14 timsah növü yaşayır və yaşayış yerlərinin itirilməsi səbəbindən kəndlərə yaxınlaşırlar. İnsanların gündəlik olaraq çaylardan istifadə etməsi hücum riskini artırır.
54 yaşlı Halima Rahakbauya hücum edən timsahın uzunluğu 4,2 metrl olub. Timsah Haliməni suya sürükləyərək onun hər iki qolunu və bir ayağını qoparıb.
Hadisə şahidi Əli Rahangmetan timsahın bir adamı yediyini gördüyünü deyib. Polis bundan sonra axtarışlara başlayaraq timsahı öldürüb. Kənd sakinləri timsahın mədəsində insan qalıqları tapıblar.
Həlimənin qohumu Cəmiyyə Seknun deyib ki, yaşlı qadın boşqab yumaq üçün çaya gedib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ