Onlayn ictimai-siyasi qəzet
"TikTok" sosial şəbəkəsində canlı yayım zamanı "AS Hüquq" şirkətinin direktoru Aysel Süleymanovanı söyən şəxs həbs edilib.
Musavat.com qaynarinfo-ya istinadən xəbər verir ki, Aysel Süleymanova rəhbəri olduğu şirkət adından "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq hüquqi məsələhtlər verib.
1986-cı ildə Hacıqabul rayonunda anadan olmuş M.B. canlı yayım zamanı Aysel Süleymanovaya SMS yazaraq, sual ünvanlayıb. Hüquqşünas ona gec cavab verdiyi üçün M.B. onu söyərək, təhqir edib.
"AS Hüquq" şirkətinin direktorunun şikayəti əsasında M.B. avqust ayının 28-də saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs məhkəmədə Aysel Süleymanovanın da ona qarşılıq verərək, söyüş söydüyünü bildirib və barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə M.B. 10 gün müddətinə həbs olunub.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ