İnsanlara hürriyət, millətlərə istiqlal!

"TikTok" ABŞ-a geri qayıda bilər

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Tramp Floridadan Vaşinqtona qayıdarkən jurnalistlər ondan Çin lideri ilə görüş planlaşdırıb-planlaşdırmadığını soruşublar.

Donald Tramp bu suala belə cavab verib:

"Bəli, müəyyən bir vaxtda mən onunla görüşərdim. Mənim Si Cinpinlə çox yaxşı münasibətlərim var".

Trampdan həmçinin "TikTok"un satışı ilə bağlı razılaşmanın tezliklə baş verib-verməyəcəyi soruşulub.

"Mümkündür. Biz 4 fərqli qrupla danışıqlar aparırıq və bir çox insan "TikTok"u almaq istəyir, lakin qərar vermək mənim öhdəmə düşür", - deyə o qeyd edib.

Xatırladaq ki, fevral ayında Donald Tramp Çinlə yeni ticarət sazişi bağlamaq imkanına əmin olduğunu bildirib və Si Cinpinin ABŞ-a səfər edə biləcəyini deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR