İnsanlara hürriyət, millətlərə istiqlal!

Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı- Cinayət işi açıldı

Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Araşdırma aparılır.

TƏBİB-dən isə bildirilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb.

"Bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib", - məlumatda deyilir.

@@TVmusavat/111634@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR