Onlayn ictimai-siyasi qəzet
Tiflisdə parlament binasının yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.
Musavat.com TASS-a istinadən xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bağlanıb.
Parlamentdəki etirazçılara təxminən 2,5 km aralıda yerləşən Tbilisi Dövlət Universitetinin binasından yürüş edən nümayişçilər də qoşulub.
Eyni zamanda, aksiya Batumidə keçirilir, onun iştirakçıları da təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.
Tbilisidə etirazlar baş nazir İrakli Kobaxidzenin ölkə hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması prosesini dondurduğunu bəyan etməsindən sonra başlayıb.
Etirazların ilk həftəsi ən gərgin həftə olub, lakin sonra nümayişlər dinc xarakter alıb. Onlar hər gün parlament binasının qarşısında keçirilir və vətəndaşlar Rustaveli prospektini könüllü tərk etdikdən sonra gecə yarısı başa çatır.
Şahanə Rəhimli
Musavat.com
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ