İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə üsyan gedir: hökumət davam gətirə biləcəkmi? - VİDEO

Musavat.com bildirir ki, hazırda Tiflis şəhəri qaynayır. Gürcüstan parlamentinin müzakirə etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ikinci oxunuşdan keçəndən sonra qonşu ölkədə vəziyyət daha da gərginləşib. Xarici fondlardan dəstək alan QHT-lər, media quruluşları və ictimai fəallar bu qanunun keçməməsi üçün günlərdir ki, etiraz aksiyaları edirlər. Onların hamısı Qərb dövlətlərinə bağlı QHT və digər qurumlardır.

Məsələnin maraqlı tərəfi isə budur ki, Gürcüstanın prezidenti xanım Zurabişvili də etirazçıları və Qərb paytaxtlarına bağlı müxalifəti dəstəkləyir. Prezident, müxalifət və Qərb diplomatları qanunun əleyhinə çıxış edərək, onun guya ölkənin Avropa İttifaqına inteqrasiyasına maneə olduğunu iddia edirlər.

ABŞ Dövlət Departamenti də qanun layihəsinin ölkənin “vətəndaş cəmiyyətini sarsıtmaq məqsədi” daşıdığını bildirib.

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının liderləri isə bildiriblər ki, qanun, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığına xidmət edir. Prezident Zurabişvili bildirib ki, qanun layihəsi hər üç oxunuşda qəbul olunarsa, ona veto qoyacaq.

Göründüyü kimi, Gürcüstanda yalnız "qrantyeyənlər"lə iqtidarın davası getmir. Həm də iqtidardaxili çəkişmələr başlayıb. Gürcüstanın xanım prezidenti Fransada doğulub, oranın vətəndaşıdır və "demokratiya desantı"dır. Önəmli qeydimiz də bu olsun ki, xanım Zurabişvili Fransa prezidenti Makronun da yaxın dostudur, onun məsləhətləri ilə hərəkət etməyi çox sevir.

Hökumətin (baş nazir və komandasının) geriçəkilmə meyli başlayıb. Çünki küçə və ictimai təzyiq səlahiyyətsiz prezidentin ən ciddi silahı olan VETO haqqı ilə birləşib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilinin veto qoymasından sonra hakimiyyətin beynəlxalq tərəfdaşların köməyi ilə xarici agentlər haqqında qanun layihəsinə dəyişiklik edə biləcəyini istisna etməyib.
Bu çəkişmələr və siyasi gəlişmələr davam edərkən, Tiflis şəhəri üsyanlara, davamlı və həcmli etirazlara səhnə olmaqdadır. Musavat.com bu gecə çəkilmiş görüntüləri təqdim edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR