İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis küçələrində toqquşmalar davam edir: polis etirazçıları su ilə dağıdır - GÖRÜNTÜLƏR

Musavat.com xəbər verir ki, bu dəqiqələrdə Tiflisin mərkəzində, Rustaveli prospektində hökumət əleyhinə etiraz aksiyaları gərginləşib.

Musavat.com xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçıları su şırnaqları ilə prospektdən uzaqlaşdırmağa çalışır.

Aksiyada iştirak edənlərin bir hissəsi ərazini tərk etsə də, digər qrup müqavimət göstərməyə davam edir. Etirazçılar polisə qarşı pirotexniki vasitələrdən istifadə edərək müdafiə olunmağa çalışırlar.

Etiraz aksiyaları Gürcüstan hökumətinin Avropa İttifaqına inteqrasiya prosesini təxirə salmasına qarşı keçirilir. Toqquşmalar nəticəsində yaralananlar və saxlanılanlar barədə hələlik məlumat yoxdur.

Hazırda Rustaveli prospekti gərginlik mərkəzi olaraq qalır. Hadisələrin necə nəticələnəcəyi diqqət mərkəzindədir.

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR