İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Times”: Putini müharibəyə başlamağa razı salan Patruşev və Bortnikov olub

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Ukraynaya silahlı müdaxilənin ən qatı tərəfdarları olub və faktiki olaraq onlar prezident Vladimir Putini əməliyyata başlamağa inandırıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Times” jurnalında gedən bir yazıda deyilir.

Jurnalın bu sayında araşdırmaçı Ouen Metyusun bu yaxınlarda çapdan çıxacaq kitabından çıxarışlar dərc olunub.

Müəllif bununla bağlı iddialarını işğala hazırlıq tarixi ilə tanış olan rus xadimləri ilə söhbətlərə əsaslanaraq yaydığını bildirir.

Metyusun fikrincə, Patruşev, Bortnikov və Rusiya hüquq-mühafizə orqanlarında onlara yaxın olan digər şəxslər Ukraynaya “önləyici” zərbənin vacibliyini vurğulayıb, Rusiyanı guya Qərbdən gələn təhlükə və böyüyən strateji təhlükədən xilas etməyin yolunu işğal hərəkaıtnna başlamaqda gördüklərini bildiriblər... Hətta milli qvardiyanın rəisi Viktor Zolotov “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktovla söhbətində deyib ki, “Ukrayna ümumiyyətlə yoxdur” və “ABŞ və Rusiya sərhəddinin keçdiyi ərazi sadəcə belə adlanır”.

İşğalı birbaşa hazırlayanlar arasında Patruşev, Bortnikovdan başqa, müdafiə naziri Sergey Şoyqunun da adı var. Lakin kitabdakı məlumatlara görə, o, ideoloq yox, eyni zamanda bəzən tərəddüd də göstərən ifaçı rolunu oynayıb.

Nəşr COVID-19 pandemiyasının başlanmasından sonra Rusiya prezidentinin təcrid olunmasının mühüm rolunu qeyd edir. Bunun nəticəsində Putinin məsləhətləşdiyi insanların dairəsi əhəmiyyətli dərəcədə azalıb. Əksinə, “Qərblə döyüşdə Ukrayna üzərində nəzarətin həyata keçirilməsinin vacibliyinə” inandıran şəxslər çoxalıb. Onlardan biri biznesmen Yuri Kovalçukdur. (Bu adam faktiki olaraq Rusiyada bütün media və internetə nəzarət edir-red.).

İddialara görə, müharibə ilə bağlı əsas qərar, 2021-ci ilin yayının sonunda verilib. Xarici işlər naziri Sergey Lavrova isə müharibədən qaçmaq üçün Qərbdən daha çox güzəşt almağa çalışmaq tapşırılıb.

Müəllif yazır ki, Lavrovun özü qarşıdurmanın sülh yolu ilə nəticələnməsinə nail olmaq istəyib və Putinin də bunu istədiyinə əmin imiş. Rusiyanın Xarici İşlər Nazirliyinin 2021-ci ilin dekabrında tərtib etdiyi “təhlükəsizlik zəmanəti tələbləri” Qərb üçün məqbul sayıla bilməzdi. “The Times” ekspertlərinə görə, Qərb diplomatları, o cümlədən Britaniya diplomatları bu tələbləri yanlış şərh ediblər. Onlar hesab edirdilər ki, Rusiya danışıqlar aparmaq və Qərbi əzi güzəştlərə getməyin zəruriliyinə inandırmaq istəyir. Əslində isə Rusiya faktiki olaraq Qərbə ultimatum verib.

“The Times” xəbərinə görə, Rusiya elitasının əksəriyyətinin, hətta Təhlükəsizlik Şurasının üzvlərinin (Lavrov belə), Putinin fevralın 21-dək müharibəyə başlamaq qərarından xəbəri olmayıb. İddiaya əsasən, Putinin mətbuat katibi Dmitri Peskov müharibə başlayandan sonra şəxsi söhbətlərinin birində, Təhlükəsizlik Şurasının əksər üzvlərinə Kiyevə qarşı gözlənilən hücum barədə yalnız bu iclasdan sonra məlumat verildiyini deyib. Fevralın 21-də Təhlükəsizlik Şurasında iclas iştirakçılarına onun canlı yayımlanacağı bildirilib. Əslində isə süjet iclas baş tutduqdan sonra yayımlanıb.

Nəşrin yazdığına görə, Putinin qondarma “xüsusi əməliyyata” başlamaq üçün müraciəti fevralın 23-də qeydə alınıb. Ertəsi gün səhər tezdən isə Ukraynaya geniş miqyaslı işğal hərəkatı başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR