İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Insider”: “Rusiya “Kinjal”larının istehsalçısı detalları Avropadan alırmış”-SENSASİYA

Rusiyanın “Kinjal” və “İsgəndər” raketlərini istehsal edən Moskva vilayətinin “Maşın konstruktor bürosu” şirkəti  müxtəlif vasitəçilərin köməyi ilə Avropa və digər ölkələrdən komponentlər almağa davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Insider” saytı məlumat yayıb.

Qeyd edək ki, Rusiya ordusu Ukraynada hücumlar üçün həmin “Kinjal” və “İskəndər”dən geniş istifadə edir.

Verilən informasiyaya görə,  “Rostex”ə bağlı şirkətlərdən biri Çin vasitəsilə ABŞ istehsalı olan raketlər üçün çiplər alır. “The Insider” yazır ki, büro istilik və soyuq kameralarını Polşadan, kabellər, torna və dəzgahları isə Almaniyadan alır.

Bundan əlavə, müxtəlif vasitəçilər Konstruksiya bürosu üçün Belçika, Böyük Britaniya, Latviya və Litvadan tərkib hissələri təmin edirlər

Büroya 64 yaşlı Sergey Pitikov rəhbərlik edir. Həmin adam burada hələ sovet vaxtından işləyir. Pitikovun qızı ailəsi ilə birlikdə İsveçdə yaşayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR