İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzasının qurbanı olan 26 yaşlı qadın ərinə mesaj yazıb - 20 dəqiqəyə...

Vaşinqtonda hava limanı yaxınlığında çaya düşən təyyarənin sərnişinlərindən birinin ərinə son mesaj göndərdiyi məlum olub.

Musavat.com Rusiya mətbuatına istinadla xəbər verir ki, qadının həyat yoldaşı Həməd Raza bu barədə danışıb.

O deyib ki, həyat yoldaşı mesajı təyyarə qəzasından bir neçə dəqiqə əvvəl göndərib.

26 yaşlı qadın 20 dəqiqəyə yerə enəcəklərini yazıb. Lakin ərindən cavab mesajı ona çatmayıb.

Qeyd edək ki, ABŞ-də təyyarə qəzası nəticəsində ölənlərin sayı 30-u keçib. Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR