İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur - AZAL rəsmisi

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur.

Bunu jurnalistlərə açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.

Onun sözlərinə görə, hadisə Qazaxıstanda ərazisində baş verdiyi üçün hazırda orada araşdırmalar davam edir:

"Rəsmi qurumlar tərəfindən dəqiq məlumatlar araşdırmanın sonunda ictimaiyyətə təqdim olunacaq".

O əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailələri Baş Prokurorluğun korpusunda qan verirlər. Hazırda oraya 14 nəfər göndərilib.

Xatırladaq ki, dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR