İnsanlara hürriyət, millətlərə istiqlal!

Teymur Musayev: Hər hansı vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz

Əgər hər hansı vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz.

"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hər hansı stomatoloji fəaliyyətlə bağlı Səhiyyə Nazirliyinə rəsmi müraciət olunursa, məsələ dərhal araşdırılır, həmin müəssisələrə yoxlama göndərilir:

"Bu kimi məsələlərlə bağlı cari şəkildə müraciətlər daxil olub və araşdırılır. Əgər stomatoloji fəaliyyət göstərmək üçün müvafiq sənədləri yoxdursa, həmin müəssisələr cərimələnir. Analitik Ekspertiza Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi həmin mərkəzlə birlikdə məsələni diqqətdə saxlayır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR