Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsidir ki, Respublikamızda müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir”.
Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən Medinex sərgisində çıxışı zamanı deyib.
Nazir bildirib ki, belə sərgi 30 ildən artıqdır keçirilir:
“Bu gün 10-dan çox ölkədən 100-ə yaxın şirkətin qatıldığı Medinex sərgisi artıq 3-cü dəfədir ki, təşkil olunur. Medinex sərgisinin həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacaq”.
Ölkədə tibb elminin və səhiyyənin inkişafında toxunan Teymur Musayev qeyd edib:
“Ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunan əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir. Tibb mütəxəssislərimiz əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqlarının səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün sektordakı dəyişiklikləri yaxından izləyirlər”.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ