İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təxribatlar bundan sonra da davam edəcək və biz hazır olmalıyıq”- Polkovnik


“Ermənistanın son azğın və bağışlanmaz təxribatı onu deməyə əsas verir ki, bu bədnam və xain qonşu ölkə öz istəyinə qismən də olsa, nail oldu. Ən azından ilin sonuna və gələn ilin təxminən birinci yarısınadək sülh müqaviləsinin, hər hansı aktiv təmasın olacağına bəslənən ümidlərin üstündən xətt çəkildi”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Polkovnikin sözlərinə görə, 44 günlük Vətən savaşımızdan sonra ilk dəfə idi ki, erməni yaramazlar bu miqyasda və bu böyüklükdə xain əmələ əl atdırdılar:

-4f87658e160500263148083917610626939.jpg (219 KB)

“Sözsüz ki, baş verən təxribatlardan sonra şərəfsiz Nikol Paşinyanın kimlərə telefon zəngi etməsi və bu təxribatların arxasında hansı dövlətin və dövlətlərin durmasına təkzibedilməz sübutlardır. Ola bilsin kimsə başqa versiyaları irəli sürsün, amma mənim heç bir şübhəm yoxdur ki, məhz şimaldakı, cənubdakı qonşuların, o cümlədən rəsmi Parisin maraqları çərçivəsində addım atan Paşinyan və cinayətkar generalları bu çirkin və xain addımları bölgədə bundan sonra da vəziyyətin sabitləşməsi üçün deyil, daha da gərginləşməsi üçün edib”.

Ü.Cəfərov qeyd etdi ki, Ermənistan heç vaxt öz-özlüyündə müstəqil qərar verən dövlət olmayıb: “Görünən odur ki, yaxın illərdə də bu, belə olacaq. Ona görə də biz bu bədnam qonşu ilə münasibətlərimizi xüsusi bir yanaşma ilə həyata keçirməliyik. Onlar yaxın dönəmlərdə də çalışacaqlar ki, bölgəmizdə daima gərginlik yaşansın, qan tökülsün və bunlara xarici maliyyə və digər dəstəklər göstərilsin. Təxribatlar bundan sonra da olacaq və biz buna hazır olmalıyıq. Yalnız güclü ordu və xalq şəkilində biz bu təhlükələri dəf edib, yolumuza davam edə bilərik”.

ELŞAD,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR