Onlayn ictimai-siyasi qəzet
Ermənistanda revanşist “Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan həlak olan hərbçilərin valideynləri və vətəndaşlarla birlikdə Yerablur hərbi panteonuna gəlib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qalstanyanı “Milli Demokratik Qütb” adlı təşkilatın nümayəndələri Jirayr Sefilyan, Ara Papyan, Qaregin Çuqasyan, Vahe Qasparyan müşayiət ediblər.
Adı çəkilən şəxslər bədnam “Miatsum” hərəkatının ideoloqlarından sayılan İqor Muradyanın məzarına baş çəkiblər.
Revanşist keşiş bu günlərdə utanc hissi keçirdiklərini bildirib.. “Şəxsən mən özümü məhz belə hiss edirəm, biz burada böyük daxili ağrı ilə dayanmışıq”,-deyə Qalstanyan bildirib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ