İnsanlara hürriyət, millətlərə istiqlal!

Texas baş prokuroru Baydeni məhkəməyə verir

Texas ştatının baş prokuroru Ken PaKSton ABŞ prezidenti Co Baydenin administrasiyasını məhkəməyə verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ştat prokuroru burada qeydiyyatdan keçmiş 450 min seçicinin vətəndaşlığını yoxlanılmasını istəyib, lakin bu sorğu cavabsız qalıb.

Məlumata görə, prokurorluq oktyabrın əvvəlində federal orqanlara seçici qeydiyyatı zamanı vətəndaşlığı heç vaxt yoxlanılmamış seçicilərin siyahısı ilə məktub göndərib. Həmin adamların qeyri-leqal olaraq ABŞ-a daxil olduğu güman edilir.

ABŞ-da federal seçkilərdə yalnız ölkə vətəndaşları səs vermək hüququna malikdirlər. 2020-ci ildə Texasda Respublikaçı Donald Trampla Bayden arasındakı fərq respublikaçının lehinə təxminən 630 min civarında olub. Respublikaçılar həmin fərqin azalacağından ehtiyat edirlər. ABŞ-da ispandilli miqrantlar adətən demokrat namizədlərə səs verirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR