Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın göstərişi ilə Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginə qarşı kampaniya həyata keçirir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir sərsəm fikir yerli siyasətçi Andranik Tevanyan tərəfindən səslənib.
Onun iddiasına görə, Paşinyanın hərəkətləri, konstitusiyaya ziddir və Ermənistana qarşı yönəlib.
“Ermənistan Respublikasının hər bir vətəndaşı Erməni Apostol Müqəddəs Kilsəsinin və Katolikosunun tərəfində olmalıdır. Bu, təkcə inanc məsələsi deyil.
Belə insanlar həm dövlətimizdən, həm də kilsəmizdən qovulmalıdır. Gözə göz, dişə diş”,-deyə Tevanyan qeyd edib.
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ