Onlayn ictimai-siyasi qəzet
“Erməni nazirlərdən biri deyir: mənim qardaşlarım Rusiyada işləyir. Məgər Rusiya Federasiyası bu qardaşların harada olduğunu bilmir?”
Musavat.com ermən mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Tevan Poqosyan tərəfindən səslənib.
“Bu o deməkdir ki, indiki hökumət Rusiyanın maraqlarına çox yaxşı xidmət edir. Ermənistanda məhsullarını 5 ildə bir dəfə aldığımız şirkətlər indi əsas vergi ödəyicilərinə çevrilib. Rəqəmləri sayırsan, əhaliyə bölürsən və təəccüblənirsən. Elə ona görə Paşinyanı Rusiya hakimiyyəti saxlayır. Onlara ehtiyac qalmayan kimi hər şeyi dəyişəcəklər. Həm Rusiya, həm də Qərb zaman-zaman bəyanatları ilə göstərir ki, onlarda ermənilərə qarşı istifadə edilə biləcək çox vasitələr var”,-deyə Poqosyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ