İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tərtər işi" ilə bağlı YENİ XƏBƏR

"Tərtər işi" ilə bağlı ittiham olunan 4 nəfər - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmənin başlayacağı tarix məlum olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, iş üzrə hazırlıq iclası martın 14-nə təyin olunub.

Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.

Bu iş üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR