İnsanlara hürriyət, millətlərə istiqlal!

Terror qurbanlarının ailələrinə ödənişlərə başlanılıb

"Crocus City Hall"da törədilən terror aktının qurbanlarından 52 nəfərin yaxınlarına ödəniş edilib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə regionun sosial inkişaf naziri Lyudmila Bolataeva TASS-a açıqlama verib.

Nazir bildirib ki, qurbanların yaxınlarına ödənişlər edilməyə başlanılıb və bu proses mərhələli şəkildə davam edəcək.

Xatırladaq ki, bir neçə gün öncə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcəyini bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR