Onlayn ictimai-siyasi qəzet
“Min illər boyu mübahisə predmeti olan erməni Artsax sizin avantürizminiz ucbatından artıq mövcud olmadığı və xalqımızın diqqətini bu acı reallıqdan yayındırmaq üçün ümidsiz cəhdlərdən başqa bir şeyiniz qalmadığı halda mən sizinlə nə barədə mübahisə etməliyəm?”
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu – Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyana cavabında deyib.
Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan Facebook səhifəsində eks-prezidentin mövqeyini tirajlayıb.
A.Musinyanın sosial şəbəkədə yazdığına görə, keçmiş prezident baş nazir Nikol Paşinyanın dialoq təklifinə reaksiyasında daha sonra bunları bildirib: “İstədiyiniz qədər səs-küy yaradın. Bu reallıq artıq silinməsi mümkün olmayan tarixi bir həqiqətdir.
Və əgər, Nikol, sən ictimaiyyətin Qarabağ məsələsinin diplomatik həlli prosesi ilə bağlı bütün həqiqəti bilməsini istəyirsənsə, onda belə bir təklif var: Artsaxın süqutundan sonra bu proses ətrafında müəmma öz mənasını itirdiyi üçün bütün sülh prosesini dərc et. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəsmən təqdim etdiyi planlar (o cümlədən 2019-cu ilin iyunu daxil olmaqla) və erməni diplomatiyasının onlara rəsmi cavablarını. O zaman həqiqətən də faktlara əsaslanan mübahisə olacaq. Əgər bunu etməsəniz, həqiqətdən qaçdığınızı və qorxaqcasına tarixi məsuliyyətdən qaçmağa çalışdığınızı bir daha sübut edəcəksiniz”.
Musavat.com
27 Dekabr 2024
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ