Onlayn ictimai-siyasi qəzet
Yeni tədris ili yaxınlaşdıqca Bakıda tələbələri və valideynləri ən çox düşündürən məsələlərdən biri kirayə ev problemidir. Ənənəvi olaraq hər il sentyabrın əvvəlində kirayə mənzil bazarında canlanma müşahidə olunur, lakin bu il vəziyyət daha da gərginləşib. Paytaxtda münasib qiymətə ev tapmaq demək olar ki, müşkülə çevrilib, kirayə haqları kəskin bahalaşıb. Ya da ümumiyyətlə kirayə ev tapmaq çətinləşib, evlər sanki qəhətə çəkilib.
Bəs bu bahalaşmanın və çətinliyin arxasında hansı səbəblər dayanır?
TV Musavat-ın əməkdaşları məsələni daha yaxından araşdırmağa çalışıb.
Hazırladığımız videoreportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ