Onlayn ictimai-siyasi qəzet
Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin yataqxanalarına üz tuturlar.
Mövzu ilə bağlı Sfera.az-a danışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Nicat Abdullayev bildirib ki, yataqxanaların qiyməti şəraitinə görə bir-birindən fərqlənir:
"Məsələn, Bakı Dövlət Universitetinin 5 mərtəbəli yataqxasında 1 nəfər üçün aylıq ödəniş 75 manatdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti 60 manatdır. Burada 450-ə yaxın tələbə yerləşir. Tələbələrin istifadəsinə verilən yataqxana hər cür şəraitlə təmin olunub. Tələbələrdən alınan aylıq ödəniş yataqxananın aylıq xərclərinin qarşılanması üçündür".
Mütəxəssis qeyd edib ki, Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur:
"Yataqxanalar oğlan, qız və xarici tələbələr üçün ayrı-ayrı istifadəyə verilib. Bu yataqxanların ödənişi 50-80 manat arasnda dəyişir. Özəl ali məktəblərin yataqxanalarının qiymətləri də fərqlidir. Bakı Avrasiya Universiteti yataqxanasının qiyməti 120-150 manat arasında dəyişir. Bu universitetin 5 mərtəbəli yataqxanası fəaliyyət göstərir. Yataqxanalarda şəhid və qazi ailələrinə, ailəsini itirmiş uşaqlara, o cümlədən sosial həssas qrupa aid tələbələrə xüsusi güzəştlər edilir".
Qeyd edək ki, kirayə evlərlə müqayisədə yataqxanalar tələbələr üçün daha sərfəlidir.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ