İnsanlara hürriyət, millətlərə istiqlal!

Teleaparıcı Opra Uinfri Havayda yanğından zərər çəkənlərə yardım edib

Amerikalı teleaparıcı, 69 yaşlı Opra Uinfri Havay adasının Maui adasındakı meşə yanğınları səbəbindən evlərindən təxliyə edilən və sığınacağa yerləşdirilən insanlara kömək edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, adada daşınmaz əmlakı da olan teleaparıcı sığınacağa döşəklər, yastıqlar, adyallar, çarşaflar, dəsmallar və tualet ləvazimatları da daxil olmaqla zəruri əşyalar gətirib.

“Bilirsiz, bir az ağırdır. Amma mən çox şadam ki, bu qədər insan məni dəstəkləyir və əllərindən gələn hər şeyi gətirirlər, nə lazımda edirlər”, - Opra Uinfri deyib.

Havay arxipelaqının ikinci ən böyük adası olan Mauidə yanğınlar avqustun 8-də “Dora” qasırğasının yaratdığı güclü küləklər səbəbindən başlayıb. Adanın qərbində yerləşən Lahayna şəhəri ən çox zərər çəkib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın artıq 1700-dən çox evi məhv edib, onların sakinləri müvəqqəti sığınacaqlara köçürülüb.

Avqustun 10-da ABŞ prezidenti Co Bayden Mauidə baş verənləri “böyük fəlakət” adlandırıb və fəlakətin nəticələri ilə mübarizə üçün büdcədən vəsait ayırmağı tapşırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR