Onlayn ictimai-siyasi qəzet
İsrailin beynəlxalq Ben-Qurion hava limanı yaxınlığında raket partlayışı qeydə alınıb.
Musavat.com xəbər verir ki, raketin Yəmən ərazisindən buraxıldığı ehtimal olunur.
İsrail ordusunun mətbuat xidmətinin verdiyi ilkin məlumata görə, raketi hava hücumundan müdafiə sistemləri aşkar etsə də, zərbəni dəf edə bilməyib. Nəticədə bir neçə nəfər yüngül xəsarət alıb, hava limanında isə uçuşlar müvəqqəti dayandırılıb.
Hadisə İsrailin hava hücumundan müdafiə sistemlərinin effektivliyinə dair ciddi suallar doğurub və ölkə ictimaiyyətində geniş narahatlığa səbəb olub. Müdafiə qüvvələri hadisəni araşdırmağa davam edir.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ