İnsanlara hürriyət, millətlərə istiqlal!

Təl-Əviv Suriyadan qoşunlarını çıxara bilər - ŞƏRT

Suriyada müharibə başlayandan sonra müxtəlif beynəlxalq oyunçuların, o cümlədən ABŞ, Türkiyə, Rusiya və İranın müdaxiləsi ilə ölkə ərazisi bir neçə hissəyə bölünüb. Bu bölgü, həm də müxtəlif etnik qrupların, məsələn, kürdlərin və sünnilərin özünü idarəetmə cəhdləri ilə əlaqədar olub. Bu tip bölgü təklifləri həm regional, həm də beynəlxalq siyasət baxımından hələ də müzakirə olunur. Bu cür təkliflər Suriya və onun gələcəyi ilə bağlı geniş mübahisələrə səbəb olur.

Son olaraq, İsrail Suriya ərazisinin müxtəlif etnik qrupların maraqlarına əsaslanaraq bölünməsini təklif edib. Təl-Əviv belə bir təklifi Suriya üzrə beynəlxalq konfransın iştirakçılarının müzakirəsinə təqdim etməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İsrail hakimiyyəti Suriyada vəziyyəti sabitləşdirmək üçün müxtəlif ssenariləri nəzərdən keçirir. İsrail mediası bildirir ki, mümkün tədbirlərdən biri Suriya ərazisinin etnik zəmində bölünməsi ola bilər. Bu təklifi İsrailin energetika naziri Eli Koen səsləndirib. Nazirin sözlərinə görə, müxtəlif etnik qrupların, ilk növbədə kürdlərin və druzların maraqlarını təmin etmək üçün Suriya ərazisini kantonlara bölmək olar.

Koen bu təklifin müxtəlif partiyalar arasında ziddiyyətlərin dolaşıqlığını açmaq üçün çağırılacaq Suriya üzrə hipotetik beynəlxalq konfransda müzakirə oluna biləcəyini qeyd edib.
İsrailin hərbi-siyasi rəhbərliyi qeyd edir ki, konfrans uğurlu olsa, Təl-Əvivin Suriyadan qoşunlarını çıxarmaq üçün əsasları olacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR