Onlayn ictimai-siyasi qəzet
Əgər İsrail İrana hücumlarını davam etdirərsə, Tehran daha dağıdıcı zərbələrlə cavab verəcək.
Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.
İran lideri İraqı İsrailin onun hava məkanından istifadə etməsinin qarşısını almaq üçün tədbir görməyə çağırıb.
Son məlumatlara görə, Tehranın mərkəzində partlayış baş verib. Hadisə yerindən qalxan sıx tüstü müşahidə olunur.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Tehranda Mehrabad hava limanı ərazisində güclü partlayış baş verib.
İsrailin İran parlamentinin binasına hücum etdiyi barədə hələlik təsdiqlənməmiş məlumatlar daxil olub.
İsrail ordusunun radiosu xəbər verir ki, İsrail ordusu Tehranın qərbində yerləşən Mehrabad hava limanına zərbələr endirib. Bu, hərbi əməliyyatlar başladıqdan bəri hücuma məruz qalan dördüncü İran hava limanıdır.
İsrail Hərbi Hava Qüvvələri həmçinin İran paytaxtındakı neft obyektlərini və əsas nəqliyyat infrastrukturunu atəşə tutub.
Eyni zamanda, İraqın “Kətaib Hizbullah” şiə qruplaşması ABŞ-ın İsrail və İran arasındakı münaqişəyə müdaxilə edəcəyi təqdirdə Amerika bazalarına hücum edəcəyi ilə hədələyib.
“Əgər Amerika bu müharibəyə qarışarsa, tərəddüd etmədən region boyunca onun maraqlarına və bazalarına qarşı birbaşa hücum edəcəyik”, - qruplaşmanın rəsmi bəyanatında deyilir.
Musavat.com
16 Iyun 2025
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ