İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tehran Vyana danışıqlarında bütün sanksiyaların ləğvinə çalışacaq”- İran XİN

“Tehran nüvə sazişi ilə bağlı Vyanada keçiriləcək danışıqlarda bütün sanksiyaların ləğvinə çalışacaq”.

Azpost.info xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib.

Onun sözlərinə görə, İran üçün iqtisadi fayda əldə etmək yolunda qoyulan maneələr tamamilə aradan qaldırılmalıdır.

O, həmçinin hesab edir ki, razılıq əldə olunarsa, ABŞ bütün sanksiyaları ləğv etməlidir.

Bu arada, “Likud” partiyasının lideri Benyamin Netanyahu bildirib ki, İsrailin yeni kabineti Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İranın nüvə proqramının ləğvi üzərində işləməyə davam edəcək. Onun sözlərinə görə, yeni hökumət Qüdsün statusunu gücləndirmək və dini məsələlərdə status-kvonu saxlamaq üçün də çalışacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR