Onlayn ictimai-siyasi qəzet
İran hələ də ABŞ-la danışıqlara başlayıb-başlamayacağına qərar verə bilmir.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmaeil Baqai “NourNews” agentliyinə açıqlama verib.
Onun sözlərinə görə, 15 iyun tarixinə planlaşdırılan növbəti ABŞ-İran danışıqları rəsmən ləğv olunmasa da, qərarın hansı istiqamətdə veriləcəyi hələ də müəyyən edilməyib.
“Bu məsələ ilə bağlı 15 iyunda hansı qərarı verəcəyimiz hələ bəlli deyil,” – deyə Baqai bildirib.
Qeyd edək ki, daha əvvəl eyni diplomat bildirmişdi: İsrailin İrana qarşı hücumundan sonra Vaşinqtonla aparılan danışıqların mənası qalmayıb.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ